Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 13:35
Türkiyə Milli Müdafiə Nazirliyi (MN) Suriyada antiterror əməliyyatlarının Suriya Ordusu tərəfindən aparıldığını açıqlayıb. APA-nın Türkiyə bürosunun məlumatına görə, nazirliyin açıqlamasında ictimai asayişin Suriya hökuməti tərəfindən təmin edildiyi bildirilib. “Terror təşkilatının mülki əhalini və təhlükəsizlik qüvvələrini hədəf alması nəticəsində 4 nəfərin həlak olması, 18 nəfərin isə yaralanması fonunda Suriya hökuməti ictimai asayişi və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə Hələbdə terrorla mübarizə əməliyyatına başlayıb. Bu əməliyyat tam şəkildə Suriya Ordusu tərəfindən həyata keçirilir”, – açıqlamada qeyd edilib.
Açıqlamada o da bildirilib ki, yanvar ayında Türkiyə ordusu Suriyada terrorçulara məxsus 743 kilometr uzunluğunda tuneli məhv edib: “Məhv edilən tunellərin ümumi uzunluğu Mənbicdə sıradan çıxarılan 2 kilometrlik tunel də daxil olmaqla 743 kilometrə çatıb. Beləliklə, Tel Rıfatda aşkar edilən tunellərin hamısı, Mənbicdə isə 91 faizi məhv edilib”.
Dəryanur Cəfərova Türkiyə Milli Müdafiə Nazirliyi Suriya antiterror əməliyyatları Suriya Ordusu