Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 12:57
Rusiyada tibbi müayinədən keçməyən miqrantlar deportasiya olunacaq.
APA-nın Moskva bürosu xəbər verir ki, Dövlət Duması tibbi müayinədən keçməyən əcnəbilər üçün cərimə və deportasiyaya icazə verməyi planlaşdırır.
Dövlət Dumasının sədri Vyaçeslav Volodinin sözlərinə görə, Rusiyada üç aydan çox qalanlar üçün tibbi müayinə müddətinin 90 gündən 30 günə endirilməsi təklif olunur.
Rusiya parlamentinin spikeri başqaları üçün təhlükə yaradan xəstəliklərin olmadığını təsdiq edən sənədlərin saxtalaşdırılmasına görə cinayət cəzalarının sərtləşdirilməsinin də planlaşdırıldığını söyləyib.
Qeyd edək ki, Rusiyada 90 gündən çox müddətə qalmaq istəyən əcnəbi mütləq tibbi müayinədən keçməlidir.
Fərid Əkbərov miqrant Rusiya