Fermerlər traktorlarla Parisdə yürüşə çıxıb, hərbi qüvvələr hazır vəziyyətə gətirilib

Tarix: 08 Jan 2026 12:54

Bu gün fransalı fermerlər traktorlarla Parisin mərkəzinə daxil olublar.

APA xəbər verir ki, bu barədə “France24” məlumat yayıb.

Fermerlər traktorlarını Eyfel qülləsi və Triumf arkası kimi simvolik yerlərdə park ediblər.

Onlar Avropa İttifaqı ilə Mercosur (Cənubi Amerika İqtisadi İnteqrasiya Bloku) arasında sərbəst ticarət razılaşmasına etiraz edirlər. Etirazçılar hesab edirlər ki, bu razılaşma Braziliya və digər Cənubi Amerika ölkələrindən daha ucuz kənd təsərrüfatı məhsullarının gətirilməsinə səbəb olacaq və yerli fermerlərin bazarını zərbə altında qoyacaq.

Eyni zamanda, Fransada hərbi qüvvələr vəziyyətə reaksiya olaraq hazırlıq vəziyyətinə gətirilib və şəhərdə asayişin qorunması üçün tədbirlər görülür.

İlqar Xudiyev Fransa Parisdə fermerlərin etiraz aksiyası

Xəbər Lenti