ABŞ-ın ələ keçirdiyi Rusiya tankeri ilə bağlı bəzi təfərrüatlar məlum olub

Tarix: 08 Jan 2026 14:22

Yanvarın 7-də ABŞ hərbçiləri tərəfindən ələ keçirilən Rusiya bayrağı altında üzən "Marinera" tankerinin heyəti 17 Ukrayna vətəndaşı, altı Gürcüstan vətəndaşı, üç Hindistan vətəndaşı və iki Rusiya vətəndaşından ibarət olub.

APA-nın Rusiya bürosu yerli KİV-ə istinadən xəbər verir ki, gəmidə ümumilikdə 28 nəfər olub.

Bildirilib ki, gəmi əvvəlcə Qayana bayrağı altında özəl bir ticarətçi tərəfindən icarəyə götürülüb. ABŞ Sahil Mühafizəsi gəmisi Vaşinqtonun Qayana hakimiyyətindən ölkənin gəmiyə öz bayrağını verdiyinə dair təsdiq almadığını iddia edərək, gəmidən ABŞ limanına getməsini tələb edib.

Gəmi itaətsizlik göstərib, istiqamətini dəyişib və Venesuela sahillərindən Atlantik okeanına doğru yola düşüb. Yolda kapitan tankerin adını dəyişdirib və Soçi Limanı kapitanından Rusiya bayrağı altında müvəqqəti qeydiyyat alıb. Soçi Limanı kapitanının belə müvəqqəti qeydiyyat vermək səlahiyyəti olub.

Fərid Əkbərov Marinera tanker Rusiya ABŞ

Xəbər Lenti