Ermənistan Baş naziri: II Qaregin də Serj Sarkisyan kimi gedəcək

Tarix: 08 Jan 2026 14:12

Katolikos II Qaregin də Serj Sarkisyan kimi gedəcək.

APA Ermənistan mediasına istinadən xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan Katolikos II Qareginin vəzifəsindən ayrılmayacağı barədə açıqlamasına münasibət bildirərkən deyib.

"Biz onun niyyətini dəyişməsini təmin etməyə hazırlaşırıq. Heç kimin belə niyyəti yoxdur. Serj Sarkisyan da ayrılmaq istəmirdi, amma məcbur oldu. Ktriç Nersisyan da məcbur olacaq. Biz bunu əvvəllər etdiyimiz kimi, sarsıntısız, xristian səbri və sevgi ilə edəcəyik", - Baş nazir bildirib.

İlqar Xudiyev Paşinyan Katalikos Ermənistan II Qaregin

Xəbər Lenti