Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 19:06
Rusiya prezidentinin xüsusi nümayəndəsi Kirill Dmitriyev Ukrayna, ABŞ və Aİ ölkələrindən olan nümayəndə heyətləri arasında görüşlərdən bir gün sonra Fransa paytaxtında görülüb.
APA-nın Rusiya bürosu "ЕЖ" (keçmiş Brief) teleqram kanalına istinadən xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, 7 yanvarda Rusiya prezidentinin xüsusi nümayəndəsi Yelisey Sarayının yaxınlığında yerləşən ABŞ səfirliyini ziyarət edib.
Qeyd edək ki, yanvarın 6-da Parisdə "könüllülər koalisiyası"nın görüşü olub. Görüşdə Ukrayna üçün Təhlükəsizlik Zəmanətləri Bəyannaməsi imzalanıb.
Fərid Əkbərov Putinin xüsusi nümayəndəsi "könüllülər koalisiyası" Paris