Rusiya Krivoy Roqda çoxmənzilli binaları “İskəndər” raketləri ilə vurub

Tarix: 08 Jan 2026 20:27

Yanvarın 8-i axşam saatlarında Rusiya qüvvələri Ukraynanın Krivoy Roq şəhərinə növbəti hücum həyata keçirib.

APA “Suspilne”yə istinadən xəbər verir ki, bu barədə şəhərin Müdafiə Şurasının rəhbəri Aleksandr Vilkul məlumat yayıb. Onun sözlərinə görə, hücum zamanı çoxmənzilli yaşayış binalarına iki ədəd “İskəndər” tipli ballistik raket zərbəsi endirilib. Hadisə nəticəsində xəsarət alanlara tibbi yardım göstərilir.

Ukrayna Hərbi Hava Qüvvələri isə daha sonra düşmənə məxsus pilotsuz uçuş aparatlarının da Krivoy Roq istiqamətində hərəkət etdiyini açıqlayıb.

Xəbər Lenti