Bazar ertəsi, 27 İyul, 2026
Tarix: 08 Jan 2026 21:33
Hələb şəhərində Suriya Demokratik Qüvvələri və Suriya hökuməti arasındakı toqquşmalarda ölən mülki şəxslərin sayı 9-a çatıb, 55 nəfər yaralanıb. APA xəbər verir ki, bu barədə SANA agentliyi tibb işçilərinə istinadən məlumat yayıb. *** 18:27 Suriya Demokratik Qüvvələri və Suriya hökuməti arasındakı toqquşmalarda ölənlərin sayı 15 nəfərə çatıb.
APA “Aljazeera” telekanalına istinadən xəbər verir ki, Hələb Səhiyyə İdarəsi SDQ-nin hücumları nəticəsində 7 mülki şəxsin həlak olduğunu və 52 nəfərin xəsarət aldığını bildirib.
100 000-dən çox insan döyüşlərin getdiyi Şeyx Məqsud və Əşrəfiyyə bölgələrini tərk edib.
Toğrul Quluzadə Suriya SDQMənbə: apa.az