Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 15 Jan 2024 13:13
Britaniyanın müdafiə naziri ölkəsinin Yəməndə husilərə qarşı növbəti zərbələr endirib-endirməyəcəyi barədə danışıb.
APA "Reuters"ə istinadən xəbər verir ki, bu barədə müdafiə naziri Qrant Şapps "Sky-News"da danışıb. Müdafiə naziri Şapps deyib ki, Britaniya beynəlxalq gəmiçiliyi qorumaq üçün Yəməndə husilərə qarşı yeni hərbi zərbələr endirmək qərarına gəlməzdən əvvəl vəziyyəti müşahidə edib ona uyğun addım atacaq: "Gəlin gözləyək və nə baş verdiyini görək, çünki Qırmızı dənizdə baş verənlərə qoşulmaq istəmirik. Lakin son nəticədə naviqasiya azadlığı qorunmalı olan beynəlxalq hüquqdur", - deyə nazir Şapps bildirib.
Xatırladaq ki, Qırmızı dənizdə gəmilərə hücumlara cavab olaraq ötən həftə Yəməndə Husi qüvvələrinə qarşı ABŞ-ın rəhbərlik etdiyi hava hücumlarında Britaniya da iştirak edib lakin hücumun növbəti günü ABŞ qüvvələri növbəti zərbə endirdikdə Britaniya təyyarələri hücumda iştirak etməyib.