Cümə, 9 Yanvar, 2026
Tarix: 08 Jan 2026 23:58
Qrenlandiya təkcə ABŞ-ın raket əleyhinə müdafiə sistemi üçün deyil, həm də qlobal təhlükəsizlik baxımından həlledici əhəmiyyətə malikdir. APA xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms David Vens mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, Qrenlandiya Amerikanın raket əleyhinə müdafiəsi ilə yanaşı, bütün dünyanın raket əleyhinə müdafiə sistemi üçün son dərəcə vacibdir.