Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 15 Jan 2024 14:16
Britaniyanın müdafiə naziri Qrant Şapps onun ölkəsində təlim keçən ukraynalı hərbçilərin sayını açıqlayıb.
APA xəbər verir ki, müdafiə naziri Şapps ölkəsinin hərbi sahədə yeni görüşünü açıqlayan bəyanatla çıxışında bu barədə məlumat verib.
"Rusiya Ukrayaya qarşı təcavüzkar müharibəyə başlayandan bəri Britaniyada 60000 ukraynalı hərbçi təlim keçib", - Britaniyanın müdafiə naziri deyib.
O vurğulayıb ki, Britaniya Ukraynanın öz mövcudluğu uğrunda savaşdığını anlayır.