Tacikistanda 5,3 bal gücündə zəlzələ baş verib

Tarix: 09 Jan 2026 02:04

Tacikistanda 5,3 bal gücündə zəlzələ qeydə alınıb. APA xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. Yeraltı təkanlar paytaxt Düşənbə sakinləri tərəfindən bir neçə saniyə ərzində zəif şəkildə hiss olunub.

Özbəkistan Fövqəladə Hallar Nazirliyinin Mərkəzi Asiyada seysmik aktivliyi izləyən Seysmoproqnoz Monitorinq Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 2:14-də baş verib. Zəlzələnin episentri Tacikistanın şərqində yerləşən Dağlıq Bədəxşan Muxtar Vilayətinin ərazisində olub.

Hazırda ölənlər və dağıntılar barədə məlumat daxil olmayıb.

Xəbər Lenti