Venesuelada xeyli sayda məhbus azad ediləcək

Tarix: 09 Jan 2026 04:13

Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqes ölkədə xeyli sayda venesuelalı və xarici vətəndaşın azadlığa buraxılması barədə qərar qəbul edildiyini bildirib.

APA xəbər verir ki, Rodriqes bu barədə "Venezolana de Television" telekanalının efirində bildirib.

Onun sözlərinə görə, milli birlik və dinc birgəyaşayışın təmin olunmasına yönəlmiş səylər çərçivəsində Bolivar hökuməti dövlət qurumları ilə birgə xeyli sayda venesuelalı və xarici vətəndaşın azad edilməsi barədə qərar qəbul edib.

Xəbər Lenti