Starmer və Tramp Rusiyanın Uzaq Şimalda qarşısının alınmasını müzakirə ediblər

Tarix: 09 Jan 2026 04:54

Böyük Britaniyanın Baş naziri Kir Starmer və ABŞ Prezidenti Donald Tramp Rusiyanın Uzaq Şimalda qarşısının alınması məsələsini müzakirə ediblər.

APA xəbər verir ki, bu barədə Britaniya hökumət başçısının ofisi Starmerlə Tramp arasında baş tutan telefon danışığının yekunlarına dair yaydığı kommünikedə bildirilib.

Məlumatda qeyd olunur ki, “liderlər Avroatlantik təhlükəsizliyi müzakirə ediblər və Rusiyanın Uzaq Şimalda cilovlanmasının vacibliyi ilə razılaşıblar”.

Kommünikeyə görə, Starmer son aylarda Avropa müttəfiqlərinin avroatlantik maraqların qorunması istiqamətində fəallaşdığını bildirib və əlavə edib ki, regionun təhlükəsizliyinin təmin olunması üçün “daha çox iş görülə bilər”.

Xəbər Lenti