Rusiya və İran müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Tarix: 15 Jan 2024 15:11

Rusiya və İran müdafiə nazirləri arasında telefon danışığı olub.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Sergey Şoyqu iranlı həmkarı, briqada generalı Məhəmməd Rza Aştiani ilə telefon danışığı zamanı hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət vurğulanıb.

Qeyd edək ki, bu gün Rusiya XİN başçısı Sergey Lavrov da iranlı həmkarı ilə telefon danışığı aparıb.

Xəbər Lenti