Şakira cinayətini etiraf etdi - Foto

Tarix: 21.11.2023 04:54

Dünyaşöhrətli kolumbiyalı müğənni Şakira İspaniyada vergidən yayınma işi ilə bağlı ittihamları qəbul edib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə NTV məlumat yayıb.

Bildirilib ki, ötən gün Barselona Əyalət Məhkəməsində müğənninin iştirakı ilə məhkəmə prosesi keçirilib.

Şakira İspaniyada yaşadığı vaxtda (2012-2014-cü illər arasında) 6 fərqli cinayətə görə 14,5 milyon avro vergidən yayınmaqda ittiham olunub. O, 117 nəfərin şahid qismində dindiriləcəyi işin ittihamlarını qəbul edib. 

Məlumata görə, “Barselona”nın keçmiş futbolçusu Gerar Pike ilə birlikdə bir müddət Barselonada yaşayan Şakira ölkə qanunlarına görə 183 gündən çox burada yaşadığı üçün vergi ödəyicisi olub.

Prokurorluq Şakiranı İspaniyada vergi ödəməmək üçün gəlirlərini və aktivlərini İspaniya Vergilər İdarəsindən gizlətməkdə və Britaniya Virgin Adaları, Kayman adaları, Malta, Panama və Lüksemburqda yerləşən şirkət şəbəkəsinə köçürməkdə ittiham edib. İspaniya Prokurorluğu Şakiraya səkkiz il iki ay həbs cəzası verilməsini, həmçinin müğənnidən vergi ödəmədiyinə görə 23 milyon avro cərimə tutulmasını tələb edib.

Xəbər Lenti