Tramp: ABŞ Latın Amerikasında narkokartellərə qarşı quru əməliyyatlarına başlayacaq

Tarix: 09 Jan 2026 07:02

ABŞ Prezidenti Donald Tramp Latın Amerikasında fəaliyyət göstərən narkokartellərə qarşı quru əməliyyatlarına başlanılacağını bildirib.

APA xəbər verir ki, Tramp bu barədə yanvarın 8-də Fox News telekanalına maçıqlama verib.

Onun sözlərinə görə, ABŞ narkotiklərin dəniz yolu ilə ölkəyə qaçaqmalçılığının 97 faizinin qarşısını alıb və indi quru ərazilərdə kartellərə zərbələr endirməyi planlaşdırır.

ABŞ prezidenti zərbələrin hansı ölkələrin ərazisində endirilə biləcəyini dəqiqləşdirməyib.

Xəbər Lenti