NATO Trampın hədələri fonunda Arktikada mövcudluğunu gücləndirə bilər

Tarix: 09 Jan 2026 08:41

Şimali Atlantika Alyansı ABŞ Prezidenti Donald Trampın Qrenlandiyaya mümkün hərbi müdaxiləsinin qarşısını almaq məqsədilə diplomatik addımlar atmağa başlayıb.

APA xəbər verir ki, bu barədə "Politico" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, NATO ölkələrinin səfirləri Arktika bölgəsində müdafiə xərclərinin artırılmasını, əlavə hərbi texnikanın yerləşdirilməsini və hərbi təlimlərin sayının çoxaldılmasını təklif ediblər. Məqsəd regionun kifayət qədər qorunduğunu Trampa nümayiş etdirməkdir.

Qeyd olunur ki, Brüsseldə keçirilən qapalı iclasda NATO ölkələrinin nümayəndələri Qrenlandiyanın gələcəyinə dair Trampın mövqeyi ilə kompromis axtarışının vacibliyi qənaətinə gəliblər.

Xəbər Lenti