Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 07:58
Prezident Donald Tramp Vaşinqtonun Kiyev hakimiyyəti ilə nadir torpaq metalları üzrə sazişinin ABŞ-ın Ukrayna münaqişəsinin sülh yolu ilə nizamlanması prosesində iştirakını davam etdirməsi üçün şərt olduğunu bildirib.
APA xəbər verir ki, Tramp bu açıqlamanı Fox News telekanalına müsahibəsində verib.
Onun sözlərinə görə, irəliləmək üçün ABŞ-ın bu resurslara ehtiyacı var: “Dedim ki, əgər irəliləmək istəyiriksə, bizə nadir torpaq metalları lazımdır. Biz xərclədiyimiz pulları geri almaq istəyirik”.
ABŞ prezidenti əlavə edib ki, ümumilikdə Ukraynadakı münaqişə ABŞ-a birbaşa təsir göstərmir: “Bilirsiniz, bu, bizi elə də çox maraqlandırmır. Bu, həqiqətən də belədir”.