Venesuela müxalifətinin lideri Maçado Vaşinqtona səfər edəcək

Tarix: 09 Jan 2026 07:47

Venesuela müxalifətinin lideri Mariya Korina Maçado gələn həftə Vaşinqtona səfər edəcək.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib. Tramp səfər zamanı onunla görüşməyi səbirsizliklə gözlədiyini bildirib.

Dövlət başçısı səfərin dəqiq tarixini açıqlamayıb.

Xəbər Lenti