Tramp Meksikada narkokartellərə qarşı quru əməliyyatlarının anonsunu verib

Tarix: 09 Jan 2026 11:39

Vaşinqton Meksikadakı narkokartellərə qarşı mübarizə çərçivəsində quru hədəflərinə zərbələr endirməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində danışıb.

Tramp bildirib ki, narkokartellər faktiki olaraq Meksikaya nəzarət edir və bu vəziyyət ciddi narahatlıq doğurur.

Onun sözlərinə görə, ABŞ-da hər il 250–300 min insan narkotiklər səbəbindən həyatını itirir.

“Biz kartellərlə bağlı quru hədəflərinə zərbələr endirməyə başlayacağıq. Kartellər Meksikanı idarə edir. Bu ölkənin başına gələnləri izləmək çox kədərlidir”, – Tramp vurğulayıb.

İlqar Xudiyev Tramp Meksika Narkokartellərə zərbə

Xəbər Lenti