Suriya Müdafiə Nazirliyi: Hələbdə üç məntəqədə atəşkəs elan edilib

Tarix: 09 Jan 2026 11:23

Hələbin Suriya Demokratik Qüvvələrinin (SDQ) əlində olan ərazilərində atəşkəs elan edilib.

APA xəbər verir ki, bu barədə SANA agentliyi Suriya Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, atəşkəs yerli vaxtla saat 03:00-dan qüvvəyə minəcək.

“Hələbdə mülki əhalimizin təhlükəsizliyi ilə bağlı narahatlıqları nəzərə alaraq və yaşayış məntəqələrində yeni hərbi eskalasiyanın qarşısını almaq məqsədilə Müdafiə Nazirliyi Hələbdə Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd rayonlarının yaxınlığında atəşkəs elan edir”, - bəyanatda vurğulanıb.

Nazirlik, eyni zamanda, Şeyx Məqsud, Əşrəfiyyə və Bəni Zeyd ərazilərində yerləşən silahlı qruplaşmalardan bu əraziləri tərk etməsini tələb edib. Qeyd edilib ki, bunun üçün verilən müddət yanvarın 9-u saat 09:00-da başa çatır.

İlqar Xudiyev Suriya Hələb atəşkəs

Xəbər Lenti