Moskvaya güclü qar yağıb, yüzlərlə uçuş ləğv olunub

Tarix: 09 Jan 2026 11:11

Rusiya paytaxtına güclü qar yağıb.

APA-nın Moskva bürosu xəbər verir ki, üç gündür aramsız yağan qarın hündürlüyü yarım metri keçib.

Sinoptiklər yanvar ayı üçün bu göstəricini rekord hesab edirlər.

Qar yağıntısı güclü küləklə, fırtına ilə müşahidə olunub. Yağıntının bu gün axşam saatlarınadək davam edəcəyi, sonra səngiyəcəyi bildirilib.

Moskva vilayəti rəhbərliyi əhaliyə şəxsi nəqliyyat vasitələrindən istifadə etməməyi tövsiyə edib.

Güclü qar fırtınası səbəbindən Moskva hava limanlarında 200-ə yaxın uçuş ləğv edilib və ya gecikib.

Fərid Əkbərov Rusiya Qar

Xəbər Lenti