Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 15:22
Yanvarın 9-da Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı, Çapar kəndlərinə ilk köç olub.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərə rayonuna çatan ailələri Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşları qarşılayıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də iştirakı ilə 337 nəfər olmaqla 89 keçmiş məcburi köçkün ailəsinə mənzillərin açarları təqdim edilib.
Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında Prezidentin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov və Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktoru Telman Kərimli keçmiş məcburi köçkünləri təbrik edərək onlara xoşbəxt və firavan həyat arzulayıblar.
Bildirib ki, köç olan kəndlərdə yaşayış üçün bütün zəruri infrastruktur yaradılıb. Yaşayış evləri bərpa olunub, elektrik, qaz, içməli su, yol və rabitə xətləri istifadəyə verilib. Köçən ailələrin məşğulluq məsələsi isə daim diqqət mərkəzindədir. Sonra ailələr yeni evlərində yerləşiblər.
***
14.25
Köç karvanı Ağdərəyə çatıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərənin Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülüb.
Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
***
12.36
Azad edilmiş ərazilərə Böyük Qayıdış çərçivəsində Ağdərə rayonunun Çıldıran, Aşağı Oratağ, Heyvalı və Çapar kəndlərinə köç karvanları yola salınıb.
https://t.me/apa_az/111693
APA-nın Qarabağ bürosu xəbər verir ki, köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Ağdərənin Aşağı Oratağ kəndinə 119 nəfərdən ibarət 31 ailə, Çapar kəndinə 96 nəfərdən ibarət 26 ailə, Heyvalı kəndinə 74 nəfərdən ibarət 19 ailə, Çıldıran kəndinə isə 48 nəfərdən ibarət 13 ailə köçürülür.
Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Elgün Gəncimsoy Ağdərə Çıldıran Aşağı Oratağ Heyvalı Çapar köç karvan





















