Şənbə, 10 Yanvar, 2026
Tarix: 09 Jan 2026 16:30
2025-ci ildə Naxçıvan Muxtar Republikasında 6 erkən və 1 qohum evliliyin qarşısı alınıb.
Bu barədə APA-nın yerli bürosunun sorğusuna cavab olaraq Naxçıvan MR Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən məlumat verilib.
Bildirilib ki, aidiyyəti qurumlarla birgə Şahbuz rayonu Gömür kəndində 1, Sədərək rayonu Sədərək və Dəmirçi kəndlərində 2, Şərur rayonu Aralıq, Qaraburc kəndlərində 2 və Kəngərli rayonu Qarabağlar kəndində isə 1 yetkinlik yaşına çatmayan şəxsin toy və nişan mərasimlərinin qarşısı alınıb, valideynlərə qanunamüvafiq izahat verilib. Həmçinin, Sədərək rayonu Dəmirçi kəndində 1 yetkinlik yaşına çatmayan şəxsin qohum nikahının qarşısı alınıb.
Ceyhun Məmmədov Naxçıvan erkən nikah qohum nikahı