Fərid Əhmədov Salyanda vətəndaşları qəbul edib

Tarix: 09 Jan 2026 17:50

Ədliyyə naziri Fərid Əhmədov yanvarın 9-u Salyan şəhərində vətəndaşları qəbul edib.

Bu abrədə APA-ya Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, qəbuldan əvvəl nazir Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib.

Qəbulda Şirvan, Salyan, Hacıqabul, Sabirabad, Neftçala və Biləsuvar rayonlarından ümumilikdə 74 vətəndaşın ədliyyə fəaliyyəti ilə, eləcə də ədliyyə orqanlarında işə qəbulla bağlı müraciəti dinlənilib. Vətəndaşların müraciətlərində qaldırılan məsələlərin bir qismi yerində müsbət həllini tapıb. Əlavə araşdırma tələb edən digər müraciətlərə isə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə baxılması ilə bağlı Nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər şəxslərinə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən həyata keçirilib.

Emin Şirvanzadə Ədliyyə nazirliyi Fərid Əhmədov vətəndaş qəbulu Salyan

Xəbər Lenti