- Şənbə, 21 Dekabr, 2024
Tarix: 15.01.2024 21:42
Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 5-ə çatıb.
“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, bunu Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsinin rəis müavini, Kriminalistika şöbəsinin rəisi Orxan Rzayev deyib.
Onun sözlərinə görə, dağıntılar altından 5 nəfərin meyiti çıxarılıb.
Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
***
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, dağıntılar altından çıxarılan meyitlərin sayı 6-ya çatıb.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında baş verib. Hadisə nəticəsində 24 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Xəsarət alan şəxslərdən 3 nəfər FHN-in əməkdaşları tərəfindən axtarış-xilasetmə işləri zamanı dağıntılar atından sağ çıxarılıb.
***
Dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən daha bir nəfərin cəsədi tapılıb.
FHN-nin yaydığı məlumata görə, hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.
Qeyd olunub ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından 3-ü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, 7 nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.