Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 15 Jan 2024 23:28
İsrailin müdafiə naziri Yoav Qalant Qəzza zolağının şimalında intensiv hərbi əməliyyatların mərhələsinin başa çatdığını açıqlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
Qalantın sözlərinə görə, hərbi əməliyyatların başlanğıcında Müdafiə Nazirliyi vaxt çərçivəsini açıqlayıb və Qəzza zolağında intensiv döyüşlərin mərhələsinin təxminən üç ay davam edəcəyini bildirib.
O, Qəzza zolağının cənubunda gərgin döyüşlərin tezliklə başa çatacağını da qeyd edib.