Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 16 Jan 2024 01:48
Amerikalı milyarder İlon Maskın sahib olduğu “SpaceX” şirkəti “Starlink” sisteminin qlobal internet şəbəkəsini tamamlamaq üçün orbitə 23 internet peyki buraxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “SpaceX” məlumat verib.
Qeyd olunub ki, mini peykləri orbitə “Falcon 9” raket daşıyıcısı çıxarıb.
Raket ABŞ-nin Florida ştatında ABŞ Kosmik Qüvvələrinin bazasında 40-cı start kompleksindən buraxılıb. Təqribən 1 saat sonra peyklər orbitə buraxılıb.
Qeyd edək ki, “SpaceX” indyədək orbitə artıq 5,7 mindən çox bu cür peyk buraxıb. Onların bir hissəsi sıradan çıxıb və ya orbitdən kənarlaşıb. 5,3 mindən çox cihaz orbitdə işlək vəziyyətdədir.