Çərşənbə axşamı, 27 Yanvar, 2026
Tarix: 16 Jan 2024 04:28
İsrail Müdafiə Qüvvələri Qəzza zolağının şimalında aktiv hücum əməliyyatlarını başa çatdırıb.
APA yerli KİV-ə istinadla xəbər verir ki, bu barədə İsrailin müdafiə naziri Yoav Qallant bildirib.
Onun sözlərinə görə, həmin ərazidə HƏMAS-ın bütün bölmələri məğlub olub.
Nazir vaxtı dəqiqləşdirmədən əməliyyatın aktiv mərhələsinin tezliklə zolağın cənubundakı Xan Yunis ərazisində başa çatacağını deyib. “Bu zonada israilli hərbçilər qruplaşma liderlərini təqib edir, həmçinin Rəfahdakı yerüstü yolları və yeraltı tunelləri kəsməyə çalışır”, - deyə Yoav Qallant vurğulayıb.