Lənkəranda ailənin 10-cu uşağı doğulub

Tarix: 10 Jan 2026 10:32

Lənkəranda ailənin 10-cu uşağı dünyaya gəlib.

APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran rayonunun Sinovli kənd sakini 45 yaşlı Samirə Mehrəliyeva 10-cu uşağını dünyaya gətirib.

Lənkəran Regional Perinatal Mərkəzdə doğulan uşağın cinsiyyəti oğlandır.

Qeyd edək ki, 26 ildir ailə quran ailənin 10 uşağından 7-si qız, 3-ü oğlandır. Qızlardan 5-i artıq ailə qurub. Samirə Mehrəliyevanın 8 nəvəsi var.

İlkin Rzayev Lənkəran

Xəbər Lenti