Cümə axşamı, 1 Yanvar, 2026
Tarix: 19 Jan 2024 08:52
Goranboyda evdən 37 yaşlı kişi meyiti aşkarlanıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Nizami kəndində qeydə alınıb.
Belə ki, 1987-ci il təvəllüdlü T. Namazovun meyitini vanna otağında yaxınları aşkarlayıb. Hadisə yerinə hüqüq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev