, 18 Yanvar, 2026
Tarix: 18 Jan 2026 15:11
Yağan qar səbəbindən günorta saatlarında Bakı–Şamaxı–Yevlax avtomobil yolunun Ağsu aşırımından keçən hissəsində nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
APA-nin Şirvan bürosu xəbər verir ki, xüsusilə sərt döngəli və enişli hissələrdə bəzi nəqliyyat vasitələri yolda qalıb, yol-nəqliyyat qəzaları qeydə alınıb.
Sürücülərə hava şəraitini nəzərə almaq tövsiyə edilib.
İlham Əhmədov Ağsu aşırımı qar