Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 09:35
2025-ci ildə vəkillərin ümumi sayı artaraq 2 836 nəfərə çatıb.
APA xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının 2025-ci il hesabatıənda qeyd edilib.
Bildirilib ki, hazırda fəaliyyət göstərən 2 836 vəkildən 2 203 nəfəri kişi, 633 nəfəri isə qadındır. Onlardan 2 314 nəfəri Bakıda, 522 nəfəri isə ölkənin müxtəlif regionlarında fəaliyyət göstərir.
Həmçinin kollegiyada 400-dən artıq vəkil köməkçiləri fəaliyyət göstərir.
Emin Şirvanzadə vəkil Vəkillər Kollegiyası