Cəlilabadda sel körpünü qəzalı vəziyyətə salıb

Tarix: 19 Jan 2026 10:35

Cəlilabad rayonunun Vənlik kəndində yerləşən körpü yağışlardan sonra qəzalı vəziyyətə düşüb.

Kənd sakinlərinin APA-nın cənub bürosuna verdiyi məlumata görə, ötən ildən güclü yağışlar nəticəsində Vənlik kəndində körpü qəzalı vəziyyətə düşüb. Sonra körpü müvəqqəti olaraq təmir olunub. Ötən gecə yağan aramsız yağış yenidən körpünü istifadə üçün yararsız vəziyyətə salıb. Hazırda 3 kəndin - Vənlik, Fərzili və Oğrubulaq kənd sakinləri körpüdən istifadə edə bilmir.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin 46 saylı Yol İstismarı Məhdud Məsuliyyətli Cəmiyyətindən verilən məlumata görə, sözügedən körpüdə hazırda yenidən müvəqqəti təmir işləri aparılır. Yaxın zamanlarda isə körpü yenidən qurulacaq.

İlkin Rzayev Cəlilabad sel körpü qəzalı vəziyyət

Xəbər Lenti