Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 11:42
Iki gündür yağan qar Qəbələ rayonunda dağlıq kəndlərə gediş-gəlişi çətinləşdirib.
APA-nın Şirvan bürosu xəbər verir ki, güclü qar və şaxta dağlıq kəndlərin yollarında problemlər yaradıb. Qəbələnin ucqar dağ kəndi olan Lazada da yollarda hərəkət çətinləşib. Hazırda kəndə gedən yolda hərəkət məhdudlaşıb. Kənd sakinləri bildirib ki, onlar müvafiq qurumların vəziyyətlə bağlı tədbir görəcəklərini gözləyirlər.
İlham Əhmədov Qəbələ qar