Bazar ertəsi, 19 Yanvar, 2026
Tarix: 19 Jan 2026 16:07
Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti artırılıb.
APA xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.
Qərara əsasən, əməkhaqlarına əlavənin müddəti 2026-ci il aprelin 1-dək uzadılıb.
Qeyd edək ki, bu müddət 2026-ci il yanvarın 1-dək nəzərdə tutulmuşdu.
Firuzə Vahid Bakı COVID tibb işçiləri əməkhaqları