Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi anılır - FOTO

Tarix: 20 Jan 2026 11:35

Naxçıvanda 20 Yanvar şəhidlərinin xatirəsi anılır.

APA-nın yerli bürosu xəbər verir ki, Qanlı Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar muxtar respublikanın şəhər və rayonlarında şəhidlərin xatirəsi anılır, 20 Yanvar hadisələri ilə bağlı anım mərasimləri keçirilir.

Yanvarın 20-də səhər saatlarından başlayaraq Naxçıvan şəhərindəki Şəhidlər xiyabanını və Vətən müharibəsində şəhid olan qəhrəmanların məzarını ziyarət edən insanlar şəhidlərin xatirəsini ehtiramla anır, məzarları üzərinə tər güllər düzürlər.

Ceyhun Məmmədov 20 Yanvar

Xəbər Lenti