Xankəndi, Xocalı və Ağdərədə bayraqlar yarıyadək endirilib - FOTO

Tarix: 20 Jan 2026 12:19

Xankəndi şəhərində, Xocalı və Ağdərə rayonlarında 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbirləri keçirilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-nın Qarabağ bürosuna verilən məlumata görə, saat 12:00-da Azərbaycanın bütün ərazisində olduğu kimi, Xankəndi, Xocalı və Ağdərədə də 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Şəhərdə nəqliyyatın və piyadaların hərəkəti dayandırılıb.

Avtomobillərin siqnal səsi ilə şəhidlərimiz anılıb.

Bayraqlar yarıya qədər endirilib.

Elgün Gəncimsoy Xankəndi şəhəri Xocalı Ağdərə 20 Yanvar faciəsi

Xəbər Lenti