Kəmaləddin Heydərovun Ağdamın Quzanlı qəsəbəsində qəbul vaxtı dəyişib

Tarix: 21 Jan 2026 12:58

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov tərəfindən yanvarın 23-də Ağdam rayonunun Quzanlı qəsəbəsində keçirilməsi nəzərdə tutulan vətəndaşların qəbulunun vaxtı dəyişib.

APA xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

"Qəbulun keçiriləcəyi tarix barədə əlavə məlumat veriləcək", - məlumatda deyilir.

FHN Kəmaləddin Heydərov Ağdam rayonu Quzanlı qəsəbəsi vətəndaş qəbulu

Xəbər Lenti