Rusiya ordusunun Kiyevə zərbəsi nəticəsində bir nəfər ölüb, 4 nəfər yaralanıb

Tarix: 24 Jan 2026 11:11

Rusiya ordusunun Kiyevə dron və raketlərlə zərbəsi nəticəsində bir nəfər ölüb, ən azı 4 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə "RBK-Ukrayna" Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinə istinadən məlumat yayıb.

Məlumata görə, zərbə nəticəsində şəhərin beş rayonunda dağıntılar qeydə alınıb.

Şəhərin bəzi ərazilərində yanğınlar baş verib, infrastruktura ziyan dəyib.

İlqar Xudiyev Kievə hava hücumu Rusiya Ukrayna

Xəbər Lenti