Ryabkov Trampın Rusiyaya səfər üçün dəvət aldığını təsdiqlədi

Tarix: 25 Jan 2026 18:54

ABŞ Prezidenti Donald Trampın Ankoricdə Rusiyaya səfər etməsi üçün dəvət aldığı bildirilib.

APA xəbər verir ki, bu barədə TASS-a müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin müavini Sergey Ryabkov açıqlama verib.

“Əlbəttə, Ankoricdə Prezident Trampa Rusiya Federasiyasına səfər etmək üçün dəvət edilib”, – deyə diplomat, Rusiya Prezidenti Vladimir Putinin görüşdən sonra növbəti görüşün Moskvada keçirilməsini təklif etməsi ilə bağlı fikirləri şərh edərkən bildirib.

Ryabkov əlavə edib ki, həmin ideya o vaxtdan bəri praktiki inkişaf mərhələsinə keçməyib.

“Rusiya və ABŞ prezidentlərinin təmasları üçün digər platformalar məsələsində də mövqeyimiz qətidir: əvvəlcə məzmun tərəfi, sonra isə görüşün keçiriləcəyi yer barədə razılaşma”, – deyə XİN başçısının müavini vurğulayıb.

Rusiya ABŞ Donald Tramp Vladimir Putin Sergey Ryabkov Ankoric Moskva diplomatiya Rusiya XİN TASS ABŞ-Rusiya münasibətləri görüş səfər dəvəti

Xəbər Lenti