- , 22 Dekabr, 2024
Tarix: 22.11.2023 19:35
Uels şahzadəsi Şahzadə Uilyam həyat yoldaşı Keyt Middlton Cənubi Koreya Prezidentinin şərəfinə Bukinqem sarayında keçirilən ziyafətdə qeyri-adi tac taxıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “People” nəşri məlumat yayıb.
Şahzadə Keyt sürpriz olaraq əvvəllər taxmadığı “Strathmore Rose” tacını taxıb.
Qeyd edək ki, bu, Uels Şahzadəsinin həyatı boyu taxdığı dördüncü tac idi. Baş geyimi 100 ilə yaxındır ki, görünmürdü. O, Kraliça Elizabetin kolleksiyasının bir hissəsi olub və Kral VI George ilə toyu üçün ona verilmişdir.