Azərbaycan və Türkiyə XİN başçıları regional təhlükəsizlik vəziyyətini müzakirə edib

Tarix: 08 Feb 2026 16:09

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında telefon danışığı baş tutub, regional təhlükəsizlik vəziyyəti müzakirə olunub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, telefon danışığı zamanı Azərbaycanla Türkiyə arasında ikitərəfli müttəfiqlik münasibətləri çərçivəsində əməkdaşlıq məsələləri, beynəlxalq təşkilatlar və çoxtərəfli platformalarda birgə səylər müzakirə edilib. Bununla yanaşı, Yaxın Şərqdə vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, eləcə də digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Hakan Fidan regional təhlükəsizlik Yaxın Şərq Azərbaycan-Ermənistan normallaşma prosesi

Xəbər Lenti