Müvəqqəti işlər vəkili: ABŞ şirkətləri 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər

Tarix: 10 Feb 2026 12:45

ABŞ-ın Müvəqqəti işlər vəkili Emi Karlon investisiya və iqtisadi əməkdaşlıq imkanlarını müzakirə etmək məqsədilə ABŞ-ın 31 aparıcı şirkətinin nümayəndələrini Bakıda qəbul edib.

APA xəbər verir ki, bu barədə məlumat ABŞ-ın Azərbaycandakı səfirliyinin "X" hesabında paylaşılıb.

Bildirilib ki, bu, ABŞ Ticarət Palatasının rəhbərliyi ilə Azərbaycana təşkil olunan ilk biznes nümayəndə heyətidir və 2025-ci ilin avqustunda Prezident Tramp və Prezident İlham Əliyev tərəfindən imzalanmış Anlaşma Memorandumunda nəzərdə tutulan iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində ABŞ-ın səylərinin tərkib hissəsidir.

Müvəqqəti işlər vəkili Karlon bildirib ki, ABŞ şirkətləri dünyada ən innovativ şirkətlərdir və 8 avqust razılaşmalarının tam potensialının reallaşdırılmasına töhfə verəcəklər.

Xəbər Lenti