Prezident: TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik

Tarix: 10 Feb 2026 19:38

“Bağlantılar, artıq qeyd etdiyim kimi, TRIPP layihəsi ilə biz sülhə, inkişafa və əməkdaşlığa regionda növbəti töhfə verəcəyik”.

APA xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata bəyanatında söyləyib.

“Biz, eyni zamanda, əməkdaşlığın, həmçinin müdafiə sahəsindəki avadanlıqların satışı ilə bağlı növbəti səhifəsini açırıq. Süni intellekt mərkəzlərinin yaradılmasına gəldikdə, bu, bu gün bizim ikitərəfli gündəliyimizin bir hissəsidir. Bizim artıq Amerikanın aparıcı şirkətləri ilə ilkin nəticələrimiz var”, - dövlət başçısı vurğulayıb.

TRIPP ABŞ-ın Vitse-Prezidenti Ceyms Devid Vens

Xəbər Lenti