ABŞ-ın Vitse-prezidenti: Strateji Tərəfdaşlıq Xartiyası hər iki xalq üçün böyük bəhrələr verəcək

Tarix: 10 Feb 2026 19:38

ABŞ-Azərbaycan tərəfdaşlığı bölgəyə daha böyük sülh və rifah gətirəcək.

APA-nın xəbərinə görə, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Biz Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirəcək, ABŞ-Azərbaycan münasibətlərinin davamlı olacağını çox aydın şəkildə göstərəcək. Bu, hər iki xalq üçün böyük bəhrələr verməyə davam edəcək bir tərəfdaşlıqdır”, - ABŞ-ın Vitse-prezidenti vurğulayıb.

Firuzə Vahid

Xəbər Lenti