ABŞ ərazi sularının mühafizəsi üçün Azərbaycana yeni qayıqlar göndərəcək

Tarix: 10 Feb 2026 19:28

ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında daha güclü və daha yaxşı münasibətlərin yaranacağı növbəti fəsli açırıq.

APA-nın xəbərinə görə, bunu ABŞ Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Ərazi sularının mühafizəsinə kömək etmək üçün Azərbaycana yeni qayıqlar göndərəcəyik”, - Ceyms Devid Vens qeyd edib.

Firuzə Vahid

Xəbər Lenti