Çərşənbə, 11 Ferval, 2026
Tarix: 11 Feb 2026 16:02
Ötən gecə Heydər Əliyev Mərkəzi ABŞ bayrağı ilə işıqlandırılıb.
APA xəbər verir ki, bu barədə ABŞ-ın ölkəmizdəki səfirliyinin “X” hesabında məlumat verilib.
“Ötən gecə Heydər Əliyev Mərkəzi viste-prezident Ceyms Devid Vensin rəsmi səfərinin şərəfinə ABŞ bayrağının təsviri ilə işıqlandırılıb. Bu gözəl jest güclü və genişlənən ABŞ-Azərbaycan tərəfdaşlığını əks etdirir və dostluğumuzun, əməkdaşlığımızın, eləcə də daha parlaq gələcəyə və qarşılıqlı inkişafa olan müştərək sadiqliyimizin simvoludur”,- səfirlik qeyd edib.
Toğrul Quluzadə Azərbaycan ABŞ Vens Heydər Əliyev Mərkəzi