- , 22 Dekabr, 2024
Tarix: 23.11.2023 19:55
Ukrayna Prezidenti Volodimir Zelenski iki fərmanla əsasən Rusiyadan olan 147 fiziki və 303 hüquqi şəxsə qarşı sanksiya tətbiq edib.
“Qafqazinfo” xəbər verir ki, müvafiq sənədlər Ukrayna başçısının saytında dərc olunub.
O cümlədən, sanksiyalara Mərkəzin qoşunlar qrupunun komandanı, general-leytenant Andrey Mordviçev, Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Əməliyyat İdarəsinin rəisi Sergey Rudskoy, habelə TASS-ın baş direktoru Andrey Kondraşov və başqaları daxildir.
Bundan əlavə, Zelenski Rusiya, Kipr, Çin və digər ölkələrdə qeydiyyatdan keçmiş aviasiya, tikinti və texnologiya sahələrində şirkətlərə sanksiya tətbiq edib.
Sanksiyalar 5 ildən 10 ilədək müddətə tətbiq edilib.